Xəbərlər
İlham Əliyev: Azərbaycanın 150-dən çox vətəndaşı minaya düşərək həlak olub

Hazırda Azərbaycan qarşısında duran əsas problemlər azad edilən əraziləri minalardan təmizləmək, burada dağıdılmış infrastrukturu, yəni binaları, evləri, Azərbaycan xalqının tarixi abidələrini bərpa etməkdir.
“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videoformatda keçirilən iclasındakı çıxışında bildirib.
Prezident İlham Əliyev müharibə başa çatandan sonra 150-dən çox vətəndaşın mina partlayışları nəticəsində həlak olduğunu, ciddi xəsarətlər aldığını deyib: “Ermənistan bütün minalanmış ərazilərin xəritəsini bizə təqdim etməkdən boyun qaçırır. Azərbaycana verilmiş kiçik sayda xəritələrin dəqiqlik səviyyəsi 25 faizə yaxındır”.




