İlham Əliyev Ərdoğana Ermənistan tərəfindən törədilən təxribatlardan danışıb

İlham Əliyev Ərdoğana Ermənistan tərəfindən törədilən təxribatlardan danışıb

Avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana məlumat verib və Azərbaycan Ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğulayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Dövlət başçıları söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi aparıblar.

Poliqon.az

CATEGORIES
TAGS