İlham Əliyev: İkinci Qarabağ müharibəsinin Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələnməsi tarixi hadisədir

İlham Əliyev: İkinci Qarabağ müharibəsinin Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələnməsi tarixi hadisədir

Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.

“Poliqon” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışı zamanı deyib.

“Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq”, – deyə dövlət başçısı bildirib.

CATEGORIES