İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib.
Bu barədə “Poliqon” Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verib.
Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulanıb. Metin Gürakın vəzifəyə təyin olunmasından qısa zaman sonra Azərbaycana səfər etməsinin önəmi qeyd edilib və bu səfərin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edilib.
Görüşdə Azərbaycanın Vətən müharibəsində Qələbəsinin önəmi və Azərbaycan Ordusunun bu qələbənin əldə olunmasında göstərdiyi yüksək peşəkarlığı və qəhrəmanlığı vurğulanıb.