İlk AW101 helikopteri artıq Polşadadır

İlk AW101 helikopteri artıq Polşadadır

İtaliyanın “Leonardo” şirkəti AW101 helikopterlərini Polşa Silahlı Qüvvələrinə təhvil verməyə başlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “X” (Twitter) hesabında paylaşım edib.

Paylaşımda “Leonardo” şirkətindən sifariş edilən 4 ədəd AW101 helikopterindən artıq birincisinin Polşaya çatdırıldığı bildirilib.

Qeyd edək ki, Polşa Silahlı Qüvvələrinə tədarük olunacaq digər 3 helikopterin hazırda son montaj işləri və zavod sınaqları aparılır.

Polşa Hərbi Dəniz Qüvvələrinin aviasiya parkında xidmət göstərəcək AW101 helikopterləri əsasən dəniz əməliyyatlarını və axtarış-xilasetmə tapşırıqlarını yerinə yetirəcək.

Poliqon.az

CATEGORIES
TAGS