QuruXəbərlər

İlk dəfə “Ziesel” robotundan SPIKE LR raketinin atışı həyata keçirilib

“Diehl Defence” şirkətinin “Ziesel” yerüstü robotundan ilk dəfə SPIKE LR idarəolunan raketinin atış sınaqları həyata keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Diehl Defence” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, “Diehl Defence”, “RAFAEL Advanced Defense Systems” və “EuroSpike GmbH” şirkətləri tərəfindən birgə keçirilən bu sınaqlar, “Ziesel” platformasının faydalı yük daşıma qabiliyyətini və real şəraitdə atış imkanlarını yoxlamaq məqsədi daşıyıb. Sınaq zamanı ilk dəfə “Ziesel” robotundan SPIKE LR idarəolunan raketinin atışı reallaşdırılıb.

Sınaqlar beş gün ərzində aparılıb və ümumilikdə 17 idarə olunan raket uğurla buraxılıb. Platforma yüksək performans göstərərək əməliyyat zamanı yaranan çətinliklərə davam gətirib.

Qeyd olunub ki, atış sınaqları başa çatdıqdan sonra şirkətlər növbəti mərhələlərə sürətlə keçmək və konsepsiyanı daha da inkişaf etdirmək istəklərini vurğulayıblar.

Back to top button