
İndoneziya əlavə “Rafale” döyüş təyyarələri almaq istəyir
İndoneziya hökuməti Fransanın “Dassault Aviation” şirkəti tərəfindən istehsal edilən əlavə 24 ədəd “Rafale” döyüş təyyarəsi almaq istəyir.
“Poliqon”un xəbərinə görə, bu barədə “La Tribune” nəşrinə etibarlı mənbələrdən məlumat verilib.
Bildirilib ki, İndoneziya artıq 12 ədəd deyil, 24 ədəd “Rafale” təyyarəsi almaq niyyətindədir.
Qeyd edilib ki, bununla bağlı müvafiq müqavilə 14 iyul tədbirləri üçün Fransa tərəfindən fəxri qonaq kimi dəvət olunan İndoneziya prezidenti Prabovo Subiantonun Parisə səfəri zamanı imzalana bilər.
Həmçinin bax: Türkiyə İndoneziyaya KAAN döyüş təyyarələri tədarük edəcək