İndoneziya “Rafale” qırıcılarının tədarükü ilə bağlı növbəti sifarişini verib
İndoneziya Müdafiə Nazirliyinin “Dassault Avition” şirkətinə “Rafale” qırıcılarının tədarükü ilə bağlı verdiyi sifarişin 18 ədədlik ikinci hissəsi qüvvəyə minib.
“Poliqon” “Dassault Avition”a istinadən xəbər verir ki, beləliklə, İndoneziya Müdafiə Nazirliyi tərəfindən sifariş edilən “Rafale”lərin ümumi sayı 24 ədədə çatıb.
Qeyd edək ki, “Rafale” qırıcılarının satın alınması ilə bağlı “Dassault Avition” şirkəti və İndoneziya Müdafiə Nazirliyi arasında müqavilə 2022-ci ilin fevral ayında imzalanıb.
Müqavilənin şərtlərinə görə, 42 ədədlik “Rafale” sifarişinin şirkət tərəfindən mərhələli şəkildə istehsal edilərək, İndoneziya Hərbi Hava Qüvvələrinə çatdırılması planlaşırılıb. Bu çərçivədə 6 ədəd “Rafale”nin istehsalını və çatdırılmasını nəzərdə tutan ilk sifariş 2022-ci ilin sentyabr ayında verilib.