
İndoneziya “Indo Defence Expo & Forum-2016” hərbi-texnologiya sərgisində yeni zirehli transportyorunu təqdim edib.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, İndoneziyanın “PT Tugas Anda” şirkətinin məhsulu olan zirehli maşın “Turangga” adlandırılıb.
“Turangga” zirehli transportyoru “Ford-550″nin şassisi üzərində yaradılıb.
Maşının V6 müdafiə dərəcəsinə malikdir. Maşın müxtəlif tip silahlarla təchiz edilə bilər.
“Turangga”nın ekipajı 2 nəfərdir. Maşında 10 döyüşçünü daşıya bilmək üçün yerlər yaradılıb.
Maşının çəkisi 8-9 tondur, “Ford V8-6” mühərriki ilə təchiz edilib. “Turangga”nın sürəti 110 km/saatdır.




