İnfraqırmızı arayıcı başlıqlı TOLUN-IIR bombasının atış sınağı yerinə yetirilib
ASELSAN şirkəti tərəfindən inkişaf etdirilən TOLUN-IIR miniatür bombasının “Akıncı” pilotsuz uçuş aparatından (PUA) atış sınağı həyata keçirilib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sınaq zamanı TOLUN-IIR təyin edilmiş hədəfi dəqiqliklə vurub.
ASELSAN şirkətinin hazırladığı TOLUN-IIR bombasının təchiz edildiyi infraqırmızı arayıcı başlıq sayəsində dəqiqliyi daha da artırılıb. GPS/INS/IIR tuşlama dəstinə malik olan TOLUN-IIR miniatür bombasının dairəvi sapma ehtimalı maksimum 3 m-ə bərabərdir. Mənzili 80 km və ağırlığı 120 kq olan TOLUN-IIR 40 min fut yüksəklikdən buraxıla bilər.
“Akıncı” pilotsuz uçuş aparatı, KAAN və F-16 qırıcılarından atıla bilən IIR başlıqlı miniatür bomba həm sabit, həm də hərəkətli hədəfləri vurmaq üçün nəzərdə tutulub. O, ASELSAN-ın ağıllı xarici asqı sisteminə taxıla bilir ki, bu da KAAN, F-16 və “Akıncı”ya 1 əvəzinə 4 ədəd TOLUN-IIR miniatür bombası daşımaq imkanı qazandırır.