
İran Silahlı Qüvvələri “Bavar-373” zenit-raket kompleksini (ZRK) sınaqdan keçirib.
Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.
İranın müdafiə nazirinin müavini, general Əmir Hatəmi bildirib ki, təsdiq olunmuş proqram əsasında “Bavar-373” ZRK-nın ballistik raketlər əleyhinə sınaqları həyata keçirilib.
Ə. Hatəmi Rusiyanın S-300 zenit-raket kompleksinin bənzəri olan “Bavar-373” hava hücumundan müdafiə kompleksinin sınaqlarının Silahlı Qüvvələrə təhvil verilənə qədər davam edəcəyini vurğulayıb.
Məlumatda o da qeyd olunub ki, İran versiyası artırılmış mobilliyə, çevikliyə və digər xüsusiyyətlərinə görə S-300-dən üstün olacaq.



