İran donanması yeni hərbi gəmilərlə gücləndirilir

İran donanması yeni hərbi gəmilərlə gücləndirilir

Yeni döyüş gəmisi, sürətli katerlər və korvetlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) donanmasına daxil edilib.

“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu münasibətlə Bəndər-Abbas liman şəhərində SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tanqsirinin də iştirak etdiyi mərasim keçirilib.

Mərasimdə çıxış edən Ə.Tanqsiri bildirib ki, SEPAH HDQ-yə təhvil verilən “Əbu Mehdi” döyüş gəmisi açıq dənizdə 14 gün fəaliyyət göstərə və düşmənin radarından yayınaraq 2000 dəniz mili radiusunda kruiz edə bilər.

Üç yerli şirkətin SEPAH HDQ üçün gəmilər inşa etdiyini söyləyən kontr-admiral, “Əbu Mehdi” döyüş gəmisinin inşa prosesinin 15 ay çəkdiyini vurğulayıb.

Onun sözlərinə görə, donanmaya verilən “Tareq” və “Aşura” sinifli katerlər “Kowsar” raketləri ilə silahlandırılıb.

Ə.Tanqsiri qeyd edib ki, SEPAH HDQ bunlarla yanaşı, həm də kəşfiyyat gəmiləri, sürətli katerlər və torpedo buraxan gəmilər təhvil alıb.

CATEGORIES