İran “Əbabil” ballistik raketini ilk dəfə sərgiləyib
İran istehsalı “Əbabil” ballistik raketi ilk dəfə olaraq Rusiyada keçirilən “Ordu-2023” Beynəlxalq Hərbi-Texniki Forumunda nümayiş etdirilib.
“Poliqon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bununla bərabər Rusiyada keçirilən hərbi sərgidə İranın bir sıra qabaqcıl hərbi texnikası, pilotsuz uçuş aparatları (PUA) və elektron döyüş sistemləri də ziyarətçilərə təqdim olunub.
Nümayiş etdirilən məhsullar:
- “Mohajer-6”, “Shahed-133”, “Arash-2” və “Shahed-129” PUA-ları;
- “Karrar” tankı;
- “Səba-248” helikopteri;
- “Yasin” təlim təyyarəsi;
- “Hunter-2 EW” antidron sistemi;
- “Zuhair” ballistik raketi;
- “Sepehr-813” radarı;
- “Khordad” 3-cü hava hücumundan müdafiə sistemi;
- “Zülfiqar” raket gəmisi;
- “Fateh” sualtı qayığı;
- СМ-300 gəmi əleyhinə qanadlı raket sistemi və s.