
İran istehsalı olan “Hamaseh” zərbə pilotsuz uçuş aparatı (PUA) silahlanmaya qəbul olunub.
“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, ilk dəfə 2013-cü ildə təqdim olunan “Hamaseh”in sınaqları artıq yekunlaşıb. PUA-nın ilk partiyası İran Silahlı Qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusuna verilib.
Xəbərdə bildirilib ki, kəşfiyyat-zərbə PUA-sı olan “Hamaseh”in uçuş müddəti haqda məlumat verilməsə də, bu istiqamətdə imkanının geniş olduğu qeyd olunub.
PUA-nın hər iki qanadı mərmi ilə təchiz edilib, şassi bölməsində isə radiolakasiya sistemi quraşdırılıb. PUA-nın yuxarı ön hissəsində isə peyk antenası, həmçinin görmə cihazı yerləşdirilib.



