İran HDQ yeni PUA-lar əldə edib

İran HDQ yeni PUA-lar əldə edib

İran Hərbi Dəniz Qüvvələri (HDQ) müasir texnologiyalara malik pilotsuz uçuş aparatları (PUA) əldə edib.

“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran HDQ-nin komandanı kontr-admiral Şəhram İrani ölkənin Sircan şəhərində yerləşən hərbi bazaya səfəri zamanı bildirib.

Kontr-admiralın sözlərinə görə, yaxın gələcəkdə İran Hərbi Dəniz Qüvvələri əməliyyat bacarığını qorumağa və inkişaf etdirməyə imkan verəcək bir sıra yeni platforma əldə edəcək.

Şəhram İrani qeyd edib ki, İranın bütün okeanlarda daimi və effektiv mövcudluğu Hərbi Dəniz Qüvvələrinin gündəmində olan əsas məsələdir.

 

CATEGORIES
TAGS