İran hərbi sənayesini yeniləyir

İran yerli müəssisələrdə hazırlanmış 6 yeni silah növünün modelini təqdim edib. Bu barədə “AzeriDefence” “Press TV”-yə istinadən məlumat verib.

Yeni silahlar arasında təkmilləşdirilmiş, 300 km-dək hərəkət radiusu “Fateh-110” raketi, “Bonyan” adlı güclü gəmi mühərriki və “Armita” adlı hava sınaq laboratoriyası, “Aras” adlı zirehli nəqliyyat vasitəsi, “Vafa” adlı minaatan, “Şahid” adlı izləmə sistemi yer alıb.

İranın müdafiə naziri Əhməd Vahidi bildirib ki, “Fateh-110” adlanan “yer-yer” tipli raket bərk yanacaqla işləyən ən dəqiq və müasir ballistik raketlərindən biridir.

CATEGORIES