İran “Jamaran-2” sinfli esminesin tikintisinə başlayıb

İran “Jamaran-2” sinfli esminesin tikintisinə başlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə İran KİV-ləri İran Hərbi Dəniz Qüvvələrinin komandanı,kontr-admiral Həbibulla Sayyariyə istinadən məlumat yayıb.

Esmineslərin tikintisi İran mütəxəssislərinin rəhbərliyi altında, daxili imkanlar hesabına aparılır.

H. Sayyarinin sözərinə görə, yeni esmines 2010-cu ildə istehsal edilmiş “Jamaran-1”lə müqayisədə daha çox təkmilləşdirilmiş model olacaq,

Su tutumu 1420 ton olan “Jamaran” əslində yüngül freqat sayılır. Esmines Ədən körfəzində beynəlxalq missiya çərçivəsində piratlarla mübarizədə iştirak edib. İran Hərbi-Dəniz Qüvvələrlərinin 16-cı flotiliyasının tərkibinə daxilolan esmines müasir radarlara və radioelektron silahlanmaya malikdir. Sürəti saatda 30 uzl təşkil edən “Jamaran”ın göyərtəsində helikopter meydançası yerləşir. Esmines hava hücumuna qarşı, gəmi əleyhinə və qayığa qarşı müasir silah sistemləri ilə təchiz olunub. Gəminin silahlanmasına həmçinin torpeda aparatları və artilleriya qurğuları daxildir.

CATEGORIES