İran müdafiə sənayesi məhsullarını DIMDEX 2024-də sərgiləyir

İran müdafiə sənayesi məhsullarını DIMDEX 2024-də sərgiləyir

İran müdafiə sənayesinin istehsalı olan məhsullar Qətərin paytaxtı Doha şəhərində keçirilən DIMDEX 2024 sərgisində nümayiş etdirilir.

Bu barədə “Poliqon” “Tasnim” xəbər agentliyinə istinadən məlumat verilib.

Bildirilib ki, İran Müdafiə Nazirliyinin pavilyonunda yerli istehsal edilən silahlar ziyarətçilərə və rəsmi nümayəndə heyətlərinə təqdim olunub. Bunların arasında müxtəlif hava hücumundan müdafiə (HHM) sistemləri, gəmi əleyhinə qanadlı raketlər, pilotsuz uçuş aparatları (PUA), radarlar, avtomatlar, pulemyotlar, snayper tüfəngləri və s. yer alıb.

Sərgidə nümayiş etdirilən “9 Dey” zenit-raket kompleksi (ZRK) İran mütəxəssisləri tərəfindən yerli şəkildə layihələndirilib və istehsal olunub. “9 Dey”, yerli “Khordad-3” orta mənzilli ZRK əsasında yaradılan yaxın mənzilli sistemdir. O, yaxın məsafədəki qanadlı raketləri, pilotsuz uçuş aparatlarını, aviasiya bombalarını və bu kimi hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.

Kompleksin silahlanmasına, iki blokda yerləşən zenit raketləri üçün səkkiz konteyner daxildir və eyni vaxtda səkkiz raket buraxmağa qadirdir. Qeyri-rəsmi məlumatlara əsasən kompleks atış məsafəsi 20-30 km-ə qədər olan 200-250 kq ağırlığındakı raketlərlə təchiz edilib.

Bundan başqa, İran pavilyonunda “Şahed-129” və “Şahed-149” başda olmaqla, bir sıra PUA-lar da tədqim olunub.

CATEGORIES
TAGS