İran “Pars-1” peykini orbitə çıxarıb

İran “Pars-1” peykini orbitə çıxarıb

İranın “Pars-1” tədqiqat və uzaqdan zondlama peyki Rusiyanın “Vostoçnıy” kosmodromundan “Soyuz” daşıyıcı raketi ilə orbitə çıxarılıb.

“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, peyk Yer səthindən 500 kilometr hündürlükdə yerləşdirilib.

İran Kosmik Tədqiqatlar İnstitutunda hazırlanan “Pars-1” peykinin kütləsi 134 kiloqramdır və üç təsvir kamerası ilə təchiz edilib.

CATEGORIES
TAGS