Sənaye
İran Xəzər donanması üçün 48 metrlik dənizaltı tikir

İran Ənzəli tərsanəsində Xəzərdəki donanması üçün Fateh sinfli dizel mühərrikli dənizaltı tikir. “AzeriDefence”nin xarici hərbi mediaya istinadən verdiyi məlumata görə, İran Shipbuilding & Offshore Industries Complex gəmiqayırma zavodu tərəfindən tikintisi aparılan bu dənizaltının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xəzərdəki bölmələrinin tərkibinə veriləcəyi gözlənilir.
Ənzəlidə inşa edilən dənizaltı Bəndər-Abbas tərsanəsində eyni layihə üzrə inşa edilən dənizaltından 8 metr daha uzun – 48 metr olacaq.



