
İran Hərbi Dəniz Qüvvələri (HDQ) yeni hoverkraftlarını uzaqmənzilli raketlərlə təchiz etmək niyyətindədir.
“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani açıqlayıb.
O bildirib ki, İran HDQ-nin gəmi, sualtı qayıq və hoverkraft donanması daxili imkanlar əsasında yenilənib.
Şəhram İraninin sözlərinə görə, cənub donanmasının raket imkanları kəmiyyət və məsafə baxımından 1000 kilometr mənzilə malik raketlərlə artırılıb.
Kontr-admiral qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinin donanması ikili təyinatlı torpedaların istehsalında böyük nailiyyət nümayiş etdirəcək.




