
İran yaxın mənzilli raket kompleksinin sınaqlarını keçirib.
“AzeriDefence”nin “Fox News”a istinadən verdiyi məlumata görə, sınaqlar Əmman körfəzində İranın milli suları ərazisində həyata keçirilib.
Məlumatda o da bildirib ki, sınaqlarda “Fateh-110” raketlərinin imkanları test edilib.
Sınaqları İran İslam İnqilabı Keşişçiləri Korpusunun raket birləşməsi həyata keçirib.
Mənbənin məlumatına görə, birinci sınaq martın 4-də, növbətisi isə martın 5-də reallaşıb. Raketlər start yerindən 250 km məsafədə yerləşən şərti hədəfi məhv edib.
Xatırladaq ki, Fateh-110 İranın yaxın mənzilli əsas operativ-taktik raketlərindən biri sayılır. Raketin yaradılması prosesində 1990-cı illərin ortalarından başlanılıb, 2000-ci ildə ilk variantının sınaqları keçirilib. 2000-ci illərin ortalarından başlayaraq isə raketin modernləşmə işlərinə başlanılıb. Bundan sonra raketin uçuş məsafəsi 200 km-dan 250-yə çatdırılıb.
Növbəti modernləşmə prosesinə isə 2010-cu ildən başlanılıb. Bundan sonra raketin uçuş məsafəsi 300 km-ə çatdırılıb.
Bu modernləşmə zamanı raketin uzunluğu 8,768 m, diametri 0,616 m, çəkisi 3620 kq, döyüş başlığı ilə birgə çəkisi 450 kq olub.





