İranda naməlum obyekt qəzaya uğrayıb

İranda naməlum obyekt qəzaya uğrayıb

İranın Qorqan şəhərində naməlum obyekt qəzaya uğrayıb.

“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən veridiyi məlumata görə, İran Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Reza Talaee Nik baş verən hadisə ilə açıqlama verib.

O, Qorqan şəhərində naməlum obyektin qəzaya uğramasını pilotsuz uçuş aparatlarının (PUA) və hücum sistemlərinin sınaqları ilə əlaqələndirib: “Hücum və PUA sistemləri mütəmadi olaraq ölkənin səhra bölgələrində sınaqdan keçirilir. Belə sınaqlarından biri zamanı sistemdə nasazlıq yaranıb və onun Qorqan bölgəsində qəzaya uğraması ilə nəticələnib”.

“Xoşbəxtlikdən bu hadisədə tələfat yoxdur və həmvətənlərimizə hər hansı maddi ziyan dəyibsə, Müdafiə Nazirliyi tərəfindən kompensasiya ödəniləcək”, – deyə İran Müdafiə Nazirliyinin sözçüsü bildirib.

İran Müdafiə Nazirliyindən fərqli olaraq ölkənin bəzi KİV-ləri və sosial şəbəkə seqmenti iddia edir ki, qəzaya uğrayan obyekt sınaqları keçirilən balistik raketdir. Həmin iddialara görə, sınaq zamanı raketin döyüş başlığının texniki nasazlıq nəticəsində sıradan çıxması qəzaya səbəb olub.

CATEGORIES