İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

Dekabr ayının 14-də saat 15:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a bildirilib ki, saxlanılan şəxsin üzərindəki bağlamaya baxış keçirərkən 15 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

CATEGORIES