İranın HHM bölmələri “hava-hava” raketi ilə silahlandırılan PUA-ları təhvil alıb

İranın HHM bölmələri “hava-hava” raketi ilə silahlandırılan PUA-ları təhvil alıb

İranın hava hücumundan müdafiə (HHM) bölmələri “hava-hava” tipli “Məcid” raketi ilə silahlandırılan “Karrar” pilotsuz uçuş aparatlarını (PUA) təhvil alıb.

“Poliqon” “Tasnim” xəbər agentliyinə istinadən məlumat verir ki, bu münasibətlə İran Ordusunun komandanı general-mayor Əbdülrəhim Musəvinin də qatıldığı tədbir keçirilib.

“Məcid” raketi ilə silahlandırılan “Karrar” pilotsuz uçan aparatı sərhəd bölgələri boyunca yerləşən hava hücumundan müdafiə bölmələrinə düşmən hava hədəflərini məhv etməyə imkan verəcək. Burada məqsəd hava hədəflərini zərərsizləşdirmək üçün uçuş xərci çox olan pilotlu döyüş təyyarələrinin əvəzinə daha aşağı uçuş xərcinə malik PUA-lardan istifadə etməkdir.

Qeyd edək ki, İran Hava Hücumundan Müdafiə Qüvvələrinin mütəxəssisləri “yer-hava” tipli “Məcid” raketində bir sıra texniki dəyişikliklər edərək onu “hava-hava” raketinə çeviriblər. “Hava-hava” tipli “Məcid” raketi 8 kilometr mənzilə və müxtəlif hava hədəflərini məhv etmək imkanına sahibdir.

CATEGORIES
TAGS