Sənaye
İranın yeni snayper tüfəngi – FOTO

İran “Siyavash” adlı yeni snayper tüfəngi hazırlayıb. “AzeriDefence”in “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yeni snayper tüfəngi noyabrın 18-də İslam İnqilabı Keşikçiləri Korpusunun silah sərgisində nümayiş olunub.
İran müəssisələrinin birində hazırlanmış “Siyavash”ın darağı 5 patron tutur və dolu halda çəkisi 6.5 kq təşkil edir.
Snayper tüfəngində atışlar tək-tək (“bolt action”) həyata keçirilir.
Tüfəng hazırda məhdud sayda istehsal olunur.



