İranın yerli nəqliyyat təyyarəsi ilk uçuşunu yerinə yetirib

İranın yerli nəqliyyat təyyarəsi ilk uçuşunu yerinə yetirib

İranın yerli olaraq hazırladığı “Simurq” hərbi nəqliyyat təyyarəsi ilk sınaq uçuşunu yerinə yetirib.

“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sınaq ölkənin İsfahan şəhərində yerləşən aviabazada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri və müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştianinin iştirakı ilə baş tutub.

Bildirilib ki, İran Aviasiya Sənayesi Təşkilatı (IAIO) tərəfindən dizayn və istehsal edilən “Simurq” təyyarəsi ilk uçuşunu təqdim olunduqdan bir il sonra həyata keçirib.

Rəsmilərin sözlərinə görə, təyyarə İranın müdafiə üstünlüyünü artırmaqdan ötrü hazırlanıb. Ölkənin iqlim şəraitinə uyğun şəkildə dizayn edilən “Simurq” həm mülki, həm də hərbi məqsədlərdən ötrü istifadə oluna bilər.`

Poliqon.az

CATEGORIES
TAGS