İşğaldan azad edilmiş ərazilərdə 8529 mina və 23049 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən icra edilən əməliyyatlar barədə illik statistik göstəricilər açıqlanıb.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Xankəndi və Şuşa ərazisində aparılıb.
2023-cü ildə aparılan minatəmizləmə əməliyyatları zamanı 53081.8 ha ərazi yoxlanılıb, 3495 ədəd piyada əleyhinə mina, 5034 ədəd tank əleyhinə mina və 23049 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.