Xəbərlər

İsmail Dəmir: F-35 proqramından “Türkiyəni çıxardım” ifadəsinin qanuni əsası yoxdur

Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir “İqtisadi Müxbirlər Dərnəyi” üzvləri ilə görüş keçirib.

Bu barədə “Poliqon” “İqtisadi Müxbirlər Dərnəyi”nə istinadən xəbər verir.

Görüşdə İsmail Dəmir Türkiyənin F-35 proqramından çıxarılması ilə bağlı məsələyədə toxunub və imzalanan müqavilə çərçivəsində heç bir ortağın digərini proqramdan çıxartmaq hüququnun olmadığını qeyd edib.

“Bu mətnə ​​görə, hər hansı bir ortağın buradan çıxarılması yalnız bütün tərəfdaşların yekdil səsi və ya özünün geri çəkilməsi ilə mümkündür. Bunların heç biri baş vermədiyi halda “Türkiyəni çıxardım” ifadəsinin qanuni əsası yoxdur”, – deyə İsmail Dəmir bildirib.

Həmçinin, SSB başqanı ABŞ-ın Türkiyəni bu proqramdan çıxara bilməyəcəyini başa düşdüyü üçün digər tərəfdaşlarla birlikdə geri çəkildikllərini və yeni əməkdaşlıq memorandumu imzaladıqlarını vurğulayıb.

Poliqon.az

Back to top button