İspaniya Ukraynaya “Hawk” zenit-raket kompleksləri təhvil verəcək

İspaniya Ukraynaya “Hawk” zenit-raket kompleksləri təhvil verəcək

İspaniya cari ilin setnyabr ayında Ukraynaya tam hazır vəziyyətdə “Hawk” zenit-raket kompleksinin (ZRK) batareyasını təhvil verəcək.

“Poliqon” xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles Ukraynalı həmkarı Rüstəm Umerov ilə keçirdiyi videokonfrans zamanı bildirib.

Qeyd olunub ki, “Hawk” zenit-raket kompleksləri Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qabiliyyətini artıracaq.

Marqarita Robles həmçinin Ukrayna hərbçilərinin təlimində mühüm irəliləyişin olduğunu və təlim keçmiş əsgərlərin sayının 5000-ə çatdığını vurğulayıb.

CATEGORIES
TAGS