İsrail ATMOS ÖAQ və PULS YARS-ların ilk partiyasını sifarişçiyə çatdırıb

İsrail ATMOS ÖAQ və PULS YARS-ların ilk partiyasını sifarişçiyə çatdırıb

İsrailin “Elbit Systems” şirkəti ATMOS 2000 özüyeriyən artilleriya qurğularının (ÖAQ) və PULS yaylım atəşli reaktiv sistemlərin (YARS) ilk partiyasını Danimarkaya Silahlı Qüvvələrinə çatdırıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Elbit Systems” şirkətinin “Twitter” hesabında paylaşım edilib.

Paylaşımda bildirilib ki, artıq Danimarka da ATMOS ÖAQ və PULS YARS-dan istifadən edən ölkələrin sırasına qoşulub.

Xatırladaq ki, Danimarka Müdafiə Nazirliyinin Material və Təchizat Agentliyi cari ilin yanvarında “Elbit Systems” şirkətindən ATMOS ÖAQ və PULS YARS-ların tədarük olunacağını açıqlayıb.

Poliqon.az

CATEGORIES
TAGS