İsrail Estoniya Ordusuna 120 mm-lik minaatanlar tədarük edəcək

İsrail Estoniya Ordusuna 120 mm-lik minaatanlar tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti Estoniya Silahlı Qüvvələrinə 120 mm-lik minaatanlar tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bununla bağlı Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzi ilə İsrailin “Elbit Systems” şirkəti arasında 17,27 milyon ABŞ dolları dəyərində alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə “Elbit Systems” tərəfindən Estoniya ordusuna minaatanların çatdırılması ilə yanaşı sahə xidmətlərinin göstərilməsi də daxil edilib. Tədarük ediləcək 120 mm-lik minaatanın adı və sayı barədə məlumat verilməyib.

Qeyd edək ki, “Elbit Systems” şirkəti yüngül çəkiyə malik atəş nəzarət sistemi ilə birləşdirilə bilən “Spear” və “Cardom” adlı iki növ 120 mm-lik minaatan sistemi istehsal edir.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş