İsrail “Heron”u avropalı sərhədçilərə nümayiş etdirdi
İsrail Kosmik Sənaye şirkəti (Israel Aerospace Industries – IAI) “Heron” tipli pilotsuz uçuş aparatını Yunanıstanda Avropa Birliyinin Sərhəd Agentliyi (FRONTEX) ÜÇÜN nümayiş etdirib. Bu barədə “AzeriDefence” IAI şirkətinə istinadən məlumat verib.
Nümayişlər zamanı PUA qaçaqmalçılıqla, eləcə də başqa qeyri-qanuni fəaliyyətlərlə məşğul olan potensial hədəfləri aşkar edib. Həmçinin dəniz sahəsinə nəzarət etmək imkanlarını sərgiləyib.
Sınaqlarda “Heron” özünün elektrooptik, ISR bacarıqlarını, həmçinin avtomatik qalxma və enmə imkanlarını müvəffəqiyyətlə nümayiş etdirib.
Nümayişlərdə müxtəlif Avropa ölkələrinin sərhəd polisi və sahil mühafizə xidmətinin zabitləri iştirak edib.
Qeyd edək ki, “Heron”un qadan açıqlığı 16.6 metr, çəkisi 1250 kq-dır. Havada 30 min fut yüksəklikdə 40 saata qədər qalan PUA real vaxt rejimində informasiyanı ötürmək imkanlarına malikdir. Hazırda “Heron” 18 ölkədə istifadə olunur.