İsrail Niderlanda “ReDrone” antidron sistemi tədarük edəcək

İsrail Niderlanda “ReDrone” antidron sistemi tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti Niderlanda “ReDrone” antidron (C-UAS – Counter Unmanned Aerial Systems) sistemi tədarük edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 55 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, antidron sisteminin istehsalı və tədarükü ilə bağlı bütün işlər dörd il müddətində həyata keçiriləcək.

“ReDrone” “Elbit Systems”in təkmil DAiR radarından, SIGINT sensorlarından, COAPS-L elektro-optik (EO) cihazından  və yüksək səviyyəli elektron hücum imkanlarından ibarətdir. Bunların hamısı vahid Komanda və İdarəetmə sistemi tərəfindən tam idarə olunur.

Müxtəlif hava şəraitində gecə-gündüz fəaliyyət  göstərən “ReDrone” antidron sistemi həm şəhər, həm açıq ərazilərdə düşmən PUA-larını aşkarlaya, müəyyənləşdirə, yerini təyin edə, izləyə və zərərsizləşdirə bilir.

Signing ministerie van defensie WP

CATEGORIES
TAGS