
Israel Military Industries (IMI) “super güllə” adını verdiyi atıcı silahlar üçün yeni döyüş sursatının yaradıldığını elan edib.
Bu barədə “AzeriDefence” “defenseworld.net” saytına istinadən məlumat verib.
5.56 mm-lik patron sınaqlar zamanı 550 metr məsafədə 7.62 mm-lik zirehdələn patronlarla müqayisədə 30%-dən çox dəqiqlik və effektivlik nümayiş etdirib.
IMI mütəxəssislərinin sözlərinə görə, “super güllə” 800 metr məsafədə 3.4 mm qalınlığında polad lövhəni dəlməyi bacarıb.



