Xəbərlər

İsrail Slovakiya Ordusuna MMR radar sistemi tədarük edəcək

Slovakiya Müdafiə Nazirliyi “İsrael Aerospace İndustry” (İAİ) şirkətinin istehsal etdiyi radar müşahidə sistemlərinin alınması üçün İsrail Müdafiə Nazirliyi ilə 148 milyon avro dəyərində müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə İAİ şirkəti məlumat yayıb.

Müqaviləyə əsasən İsrail Slovakiya Ordusunu İAİ şirkətinə daxil olan “ELTA systems” tərəfindən hazırlanan 17 ədəd ELM-2084 MMR (Multi-Mission Radar) radar sistemi ilə təmin edəcək.

Bu radar sistemi hədəfləri yüksək dəqiqliklə aşkarlayaraq 3D formatda göstərir. Radar hava hədəflərini aşkar etməklə yanaşı, izləmə qabiliyyətinə də malikdirlər.

Poliqon.az

Back to top button