Xəbərlər
İsrail və Cənubi Koreya birgə “gəzən sursat”lar istehsal edəcək

Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti ilə İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.
Bu barədə “Poliqon” IAI şirkətinə istinadən məlumat verib.
Tərəflər arasında imzalanan memoranduma əsasən IAI və KAI şirkətləri birgə Cənubi Koreyanın Müdafiə Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə “gəzən sursat”lar istehsal edəcək.





