Israilin yeni silahı: X95 – üç fərqli çapda patrondan atəş açır
İsrail Silah Sənayesi (Israel Weapon Industries – IWI) X95 avtomat tüfənginin 5.56 mm, 9 mm və 5.45 mm çaplı patronlarla atəş açan nümunəsini təqdim edib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə IWI şirkəti öz saytında məlumat yayıb.
Yeni silah qərb və şərq ölkələrində istehsal və istifadə olunan sursatlara uyğun gəlir.
Bu X95 tüfəngi müasir terror təhdidləri, eləcə də şəhər və açıq sahədə mübarizə üçün nəzərdə tutulur. İsrail Müdafiə Qüvvələrinin (IDF) standart hücum tüfəngidir.
Şirkətin mütəxəssisləri hesab edirlər ki, dəyişmə kiti və müxtəlif sursatara uyğunluğu nəticəsində bu tüfəng təlim vaxtına qənaət etməyə, xərcləri azaltmağa imkan verəcək. X95 tüfəngi artıq silahlanmaya qəbul olunub. Toz, su, isti və soyuqda (-60 dərəcədə), o cümlədən ekstremal şəraitdə test edilib. Atış zamanı yüksək dəqiqlik alınıb.