İsveç Fransanın MMP raket kompleksi ilə maraqlanır

İsveç Fransanın MMP raket kompleksi ilə maraqlanır

Fransanın MMP (Missile Moyenne Portee – orta mənzilli raket) tank əleyhinə idarə olunan raket kompleksi (TƏİRK) çox uğurlu alındığı üçün İsveç Ordusu da sözügedən komplekslə maraqlanır.

“Poliqon” “Defense World”ə istinadən xəbər verir ki,  Fransa Müdafiə Satınalma Agentliyi (DGA) ilə İsveç Müdafiə Satınalma Agentliyi (FMV) arasında ABŞ-ın “Javelin” TƏİRK-in Fransalı analoqu olan MMP TƏİRK bazasında yeni raketlərin yaradılmasından ötrü müqavilənin imzalanması barədə məlumat yayılıb.

Müqavilə şərtlərinə əsasən, Fransanın MBDA şirkətinin İsveçdəki ortağı Saab şirkəti olacaq. Tərəflər hələ razılaşmanın təfərrüatlarını açıqlamayıblar. Lakin ehtimal olunur ki, söhbət istehsalın lokallaşdırılması və raketin yeni start platformalarına uyğunlaşmasından gedir.

Xatırladaq ki, MMP TƏİRK 2011-ci ildən bəri MBDA şirkəti tərəfindən hazırlanır. 2013-cü ildə isə istehsalçı ilə Fransa Müdafiə Nazirliyi arasında Fransa ordusu üçün 2850 ədəd raket və 400 dəst buraxma qurğusunun tədarükü barədə müqavilə imzalanmışdır.

MMP, istilik və televiziya özütuşlama başlığı, inersial naviqasiya sistemi (Sagem Défense Sécurité istehsalı) və fiber-optik kabel (Nexans istehsalı) üzərindən idarəetmə imkanı kombinə edilmiş idarəetmə sisteminə malik beşinci nəsil yerüstü döyüş sistemlərinə aiddir. Bu, bağlı mövqelərdən buraxılmağa, uçuş zamanı raketləri yenidən hədəfə yönəltməyə, habelə raket hədəfə yaxınlaşarkən mürəkkəb manevrlər etməyə imkan verir.

MMP raketlərinin maksimal uçuş məsafəsi 5 km, kreyser uçuş sürəti isə saniyədə 160 metrdir. Fransa Ordusunun silahlanmasında olan yeni raketlər 1972-ci ildən etibarən istifadə olunan “Milan” və ABŞ istehsalı “Javelin” TƏİRK-ləri əvəz edəcək. MBDA şirkəti gələcəkdə zirehli texnika və aviasiya vasitələrində quraşdırılmaq üçün MMP buraxma qurğuları yaratmağı planlaşdırır. Bundan başqa, şirkət hazırda oxşar idarəetmə və özütuşlama sisteminə sahib, lakin MMP raketinin daha uzun mənzilli MLP (Eurocopter Tiger helikotterlərindəki Hellfire TƏİR əvəz edilməsi üçün) və MHP variantlarını inkişaf etdirir.

tərik 2 tərik 3 Tərik1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS