İsveç “Gripen”lərin Ukraynaya göndərilməsi planını təxirə salır
İsveç Ukraynaya “Gripen” döyüş təyyarələrinin göndərilməsi planını təxirə salır.
“Poliqon”un verdiyi məlumata görə, bunu İsveçin müdafiə naziri Pol Yonson TT xəbər agentliyinə müsahibəsində söyləyib.
Nazir bildirib ki, ABŞ istehsalı olan F-16 təyyarələrini Ukraynaya bağışlamağı planlaşdıran koalisiya ölkələri İsveçdən “Gripen”lərin göndərilməsi məsələsini təxirə salmağa çağırıb.
Onun sözlərinə görə, bu, hazırda əsas diqqətin F-16-ların tədarükünə yönəldilməsi ilə bağlıdır.
TAGS Gripen