
İsveç Ukraynaya “Gripen” döyüş təyyarələrinin göndərilməsi planını təxirə salır.
“Poliqon”un verdiyi məlumata görə, bunu İsveçin müdafiə naziri Pol Yonson TT xəbər agentliyinə müsahibəsində söyləyib.
Nazir bildirib ki, ABŞ istehsalı olan F-16 təyyarələrini Ukraynaya bağışlamağı planlaşdıran koalisiya ölkələri İsveçdən “Gripen”lərin göndərilməsi məsələsini təxirə salmağa çağırıb.
Onun sözlərinə görə, bu, hazırda əsas diqqətin F-16-ların tədarükünə yönəldilməsi ilə bağlıdır.




