İsveç “Patriot” ZRK-nin ilk komponentlərini alıb

İsveç, “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan “Patriot” zenit raket kompleksinin ilk komponentlərini alıb.
“Poliqon”nun məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti xəbər verib.
Söhbət “yer-hava” sinifinə aid idarə olunan Patriot Advanced Capability-3 (PAC-3) MSE zenit raketlərinin tədarükündən gedir. İstehsalçı raketlərin dəqiq sayını açıqlamayıb, lakin razılaşmaya əsasən 200 ədəd raket tədarük olunmalıdır.
Xatırladaq ki, 2018-ci ilin fevralında İsveç müasir “Patriot” ZRK alınmasından ötrü ABŞ-la ümumi dəyəri 3,2 milyard ABŞ dolları olan bir müqavilə imzalayıb.
Ümumiyyətlə, müqavilə dörd yenilənmiş Patriot PAC-3+ ZRK-nin alınmasını nəzərdə tutur və bunlara aşağıdakılar daxildir:
– 12 ədəd buraxma qurğusu;
– 100 ədəd Patriot MIM-104E Enhanced Missile-TBM (GEM-T) zenit idarə olunan raketi;
– 200 ədəd Patriot Advanced Capability-3 (PAC-3) zenit idarə olunan raketi.
Sözügedən çatdırılma 2021-ci ilin aprelində baş tutub.
Qeyd edək ki, Patriot PAC-3MSE raketi hazırda Qətər, Yaponiya, Rumıniya, Polşa, Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirlikləri ordularında silahlanmadadır. Başqa bir neçə dövlət də Patriot sisteminin bir hissəsi olaraq PAC-3 MSE ilə raketdən müdafiə qabiliyyətlərini artırmaqda maraqlı olduqlarını bildiriblər.
Əhəd Əzizov




