![İtaliya “hava-hava” tipli raket ehtiyatını artırır İtaliya “hava-hava” tipli raket ehtiyatını artırır](https://poliqon.az/wp-content/uploads/2024/03/DVIDS-6_16x9-e1710750864433.jpg)
İtaliya “hava-hava” tipli raket ehtiyatını artırır
ABŞ Dövlət Departamenti 90.6 milyon dollar dəyərindəki AIM-9X “Sidewinder” Block II raketlərinin İtaliyaya satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 28 ədəd “hava-hava” tipli AIM-9X “Sidewinder” Block II raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifarişin əsas podratçısı rolunda ABŞ-ın “RTX Corporation” şirkəti çıxış edəcək.
Qeyd edilib ki, AIM-9X raketləri İtaliya Silahlı Qüvvələrinin F-35 döyüş təyyarələri tərəfindən istifadə olunacaq.