Iyunda Azərbaycanın OCC bölüyünün NATO tərəfindən qiymətləndirilməsi keçiriləcək

İyun ayında Azərbaycanın NATO-nun Birgə Əməliyyat Qüvvələri (OCC) üçün ayırdığı bölüyün birinci səviyyəli qiymətləndirilməsi keçiriləcək. “AzeriDefence”nin məlumatına görə, bunu Bakıda keçirilən “NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda konfransda Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov bildirib.

R. Nəcəfovun sözlərinə görə, birinci səviyyəli qiymətləndirmə Bakıda NATO mütəxəssisləri tərəfindən keçiriləcək.

General deyib ki, Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində NATO Birgə Əməliyyat Qüvvələri üçün bəyaan etdiyi OCC bölüyünün indiyədək müxtəlif vaxtlarda yerli və NATO mütəxəssisləri tərəfindən qiymətləndirilmələri keçirilib.

General Azərbaycan Silahlı Qüvvələrinin idarə olunmasında səmərəliliyin artırılması məqsədi ilə 2007-ci ildən bütün strukturların NATO-nun J strukturuna uyğunlaşdırıldığın da söyləyib.

“Artıq Azərbaycanın aerodromları, hərbi gəmiləri NATO standartlarına uyğunlaşdırılıb”, – deyə general Nəcəfov vurğulayıb.

Bununla yanaşı, Silahlı Qüvvələrin Akademiyasında “Müdafiə siyasəti və strategiyası” adlı fənnin hazırlanaraq tədrisinə başlanıb.

KATEQORIYA: