
“John Cockerill” şirkəti yeni döyüş maşının tədqim edib
Belçikanın “John Cockerill” şirkəti Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Defence Show-2022” beynəlxalq müdafiə sərgisində yeni “Cockerill iX” döyüş maşının təqdim edib.
“Poliqon” xəbər verir ki, 4×4 təkər formulunu malik “Cockerill iX” 25 mm-lik uzaqdan idarə olunan silah sistemi ilə təchiz edilib.
Yeni döyüş maşını yüksək sürətə, atəş gücü və uyğunlaşma gizliliyinə malikdir.
“Cockerill iX” maşınının səhrada sürəti 160km/saat, asfalt yolda isə sürəti 200km/saat təşkil edir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər