Ka-32A11VS helikopterinin növbəti sınaqları keçirilib

Ka-32A11VS helikopterinin növbəti sınaqları keçirilib

“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxil olan “Vertolyotı Rossii” şirkəti təkmilləşdirilmiş Ka-32A11VS helikopterinin növbəti sınaqlarını keçirib.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, helikopter ilk uçuşunu VK-2500PS-02 mühərrikləri ilə edib.

Bildirilib ki, sınaq zamanı 37 dəqiqə havada qalan helikopterin bütün sistemlərinin stabil işləməsi, dayanıqlığı və idarəolunma qabiliyyətləri yoxlanılıb.

VK-2500PS-02 mühərrikləri Rusiyanın Birləşmiş Mühərrikqayırma Korporasiyasının bir hissəsi olan “Klimov” şirkəti tərəfindən hazırlanıb və istehsal edilib. Bu mühərrik həm güclü külək, həm də yüksək hündürlük şəraitində helikopterin idarəedilməsinin dayanıqlığını və təhlükəsizliyini artırır.

Qeyd edək ki, Ka-32A11VS helikopteri yanğınların söndürülməsi üçün nəzərdə tutulub. Şirkətdən verilən məlumatda Ka-32A11VS-nin mənfi hava temtemperaturunda yanğınları söndürməyə qadir ilk helikopter olduğu vurğulanıb.

Poliqon.az

CATEGORIES
TAGS