“Kalaşnikov” idarə olunan raket və mərmilərin istehsalını iki dəfə artıracaq
Rusiyanın “Kalaşnikov” konserni idarə olunan raket və artilleriya mərmilərinin istehsalını artıracaq.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, bunun üçün konsernin boş ərazilərində yeni istehsal müəssisələri tikilir.
Bildirilib ki, idarə olunan hərbi sursatların istehsalını iki dəfədən çox artıracaq hər iki müəssisə yaxın gələcəkdə istifadəyə veriləcək.
Bu müəssisələrdə “Vixr-1” tank əleyhinə idarə olunan raketlər (TƏİR), ZUR 9M33 zenit idarə olunan raketlər (ZİR) və “Kitolov-2M” idarə olunan artilleriya mərmiləri istehsal ediləcək.