“Kalaşnikov” konserni tapança istehsalını artırıb

“Kalaşnikov” konserni tapança istehsalını artırıb

“Kalaşnikov” konserninin tərkibindəki “İjevsk” mexanika zavodu (İMZ) 2023-cü ildə tapançaların istehsalını 5 dəfə və xüsusi təyinatlı məhsulların istehsalını 2 dəfə artırıb.

“Poliqon” Rusiyanın “Kalaşnikov” konserninə istinadən xəbər verir ki, bu, sözügedən məhsulların istehsalı ilə bağlı rekord göstəricilərə nail olmağa imkan verib.

“İjevsk” mexanika zavodu 2023-cü ildə Rusiyanın hüquq-mühafizə orqanlarına ümumilikdə 10 min ədəddən çox “Lebedev” tapançası tədarük edərək dövlət müqavilələrini yerinə yetirib.

CATEGORIES
TAGS