HavaXəbərlər

“Kalaşnikov” QŞ-301 aviasiya toplarını sifarişçiyə təhvil verib

“Kalaşnikov” konserni Rusiya Hava-Kosmik Qüvvələrinin təyyarələri üçün sifariş edilmiş QŞ-301 aviasiya toplarının böyük partiyasını müştəriyə göndərib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, müəssisə məhsulun son partiyasının istehsalına başlayıb və onu 2026-cı ilin sonunadək təhvil verməyi planlaşdırır.

30 mm-lik QŞ-301 Rusiya Hava-Kosmik Qüvvələri tərəfindən Ukraynada gedən müharibədə fəal şəkildə istifadə olunur. Top MiQ-29, MiQ-29K/KUB, Su-27, Su-30, Su-35 qırıcılarının, eləcə də Su-34 bombardmançılarının silahlanmasına daxildir.

İstehsalçının bildirdiyinə görə, QŞ-301 dəqiqlik, atəş sıxlığı və atəş tempi baxımından analoqlarını üstələyir. Topun istehsalında ən müasir avadanlıq və poladdan istifadə olunur ki, bu da məhsulun yüksək keyfiyyətini təmin edir.

QŞ-301 aviasiya toplarının istehsal həcminin hər il dəfələrlə artırıldığı bildirilir. Rusiyanın yeganə aviasiya topu istehsalçısı olan “Kalaşnikov” konserni dövlətin maraqları naminə bu məhsulun istehsalını gələcəkdə də artırmağa hazır olduğunu qeyd edir.

Back to top button