DünyaRegionSənaye

“Kalaşnikov”un yeni əl pulemyotu – RPK-16

Rusiyanın “Kalaşnikov” Konserni son yeniliklərindən olan RPK-16 yüngül əl pulemyotunu ilk dəfə ictimaiyyətət təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, yeni silah Moskvada bu gün işə başlamış “Armiya-2016”m beynəlxalq hərbi-texniki forumda nümayişə çıxarılıb.

RPK-16 yeni əl pulemyotu 5,45 mm çaplı patronlardan atəş açır.

RPK-16 konstruksiyasının və lüləsin kiçikliyinə görə fərqlənir və hücum variantında lülənin daha qısa lüləylə əvəzlənməsi imkanı mövcuddur.

Silah üçün 96 patron tutumlu yeni daraq hazırlanıb. Bu daraq eyni zamanda “Kalaşnikov” avtomatlarında da istifadə oluna bilər.

RPK-16 əl pulemyotu uzunluğu tənzimlənən qundağa malikdir. Silahın lülə qutusunun üzərində və alt qismində pikkatini tamasaları yerləşdirilib. Əl pulemyotu açılıb yığılan, eyni zamanda dayaq kimi istifadə olunan modul dəstələ komplektləşdirilib.

Back to top button